Azərbaycanın zəka sahibləri Avropada 6-cı oldular

Azərbaycanın zəka sahibləri Avropada 6-cı oldular

Şahmat məsələ və etüdlərinin həlli üzrə 7-ci Avropa çempionatı başa çatıb. Siasport.az saytı xəbər verir ki, Polşanın Loviç şəhərində təşkil olunmuş yarışda Azərbaycan yığma komandası tarixdə ilk dəfə olaraq 6-cı yerə layiq görülüb. Yarışda nümayəndə heyətimizin tərkibində 5 şahmatçı (Araz Alməmmədov (Qəbələ), Ramil Cavadov (İsmayıllı), Aqşin Məsimov (Bakı), Zaur Məmmədov (Bakı), Anatoli Piriverdiyev) və bir baş məşqçi yer alıb. Şahmatçılarımızdan ən yüksək nəticəni İsmayıllı şahmat məktəbinin yetirməsi Ramil Cavadov göstərib. O, 60 xalla 16-cı yerdə qərarlaşıb. 20 ölkənin 16 komanda (75 şahmatçı) ilə təmsil olunduğu yarışda komanda hesabında ilk yerə Ukrayna yığması layiq görülüb. Şəxsi yarışlarda isə polşalı Pyotr Murdziya qızıl medal qazanıb.

Onu da nəzərinizə çatdıraq ki, təmsilçimiz Anatoli Piriverdiyev (Bakı) senyorların yarışında iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə