“Rio-2016”da daha bir dünya rekordu yeniləndi

“Rio-2016”da daha bir dünya rekordu yeniləndi

"Rio-2016" Yay Olimpiya Oyunlarının kişilər arasında ağır atletika yarışlarının 85 kq çəki dərəcəsində iranlı Kianoş Rostami qızıl medal qazanıb. SİA-nın məlumatına görə, K.Rostami 396 kq (birdən qaldırma–179 kq, təkanla qaldırma-217 kq) nəticə ilə dünya rekordunu yeniləyib.

Yarışda Çin təmsilçisi Tao Tian iki hərəkətin cəmində 395 kq nəticə göstərməklə "Rio-2016"nın gümüş, rumıniyalı Qabriyel Sinkrain isə 390 kq qaldıraraq bürünc medalına yiyələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə