Anna Skidan mübarizəni dayandırıb

Anna Skidan mübarizəni dayandırıb

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən atlet Anna Skidan mübarizəyə qoşulub. SİA-nın məlumatına görə, 24 yaşlı idmançının 3 cəhdindən ən yaxşısı 70,09 metr olub. Digər cəhdlərində Skidan çəkici 67,05 metr və 68,98 metr uzaqlığa atıb.

Bu nəticə ilə idmançı qrupu 7-ci pillədə başa vurub və finala yüksələn 12 ən güclü çəkicatan sırasına düşə bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə