Bu gün "Rio-2016"da 3 idmançımız mübarizə aparacaq

Bu gün "Rio-2016"da 3 idmançımız mübarizə aparacaq

Braziliyada Yay Olimpiya Oyunları davam edir. SİA-nın məlumatına görə, yarışın 9-cu günündə daha 3 Azərbaycan idmançısı çıxış edəcək. Boks üzrə super ağır çəkidə (+91 kq) mübarizə aparan Məhəmmədrəsul Məcidov 1/8 finalda qazaxıstanlı İvan Diçko ilə mübarizə aparacaq. Güllə atıcımız Ruslan Lunyov 25 m məsafəyə hədəfi dəqiq nişan almaq üçün ikinci təsnifat mərhələsində çıxış edəcək. Velosipedçimiz Olqa İsmayılova isə keyrində ilk yürüşünə çıxacaq.

Boks

1/8 final

02:45. Məhəmmədrəsul Məcidov (+91 kq) – İvan Diçko (Qazaxıstan)

Güllə atıcılığı


25 m, II təsnifat mərhələsi

16:00. Ruslan Lunyov

Velospied idmanı

Keyrin, I mərhələ


17:00. Olqa İsmayılova

Bütün xəbərlər Facebook səhifəmizdə