İtaliyanın \"İnter\" futbol klubu ötən gecə Çempionlar Liqasında böyük rüsvayçılıq yaşayıb. Siasport.az saytı xəbər verir ki, Milan təmsilçisi öz meydanında Almaniyanın \"Şalke-04\" futbol klubunu qəbul etdiyinə min dəfə peşman olub. Düzdür, qarşılaşmanın elə birinci dəqiqəsində İtaliya təmsilçisinin forvardı Stankoviç gözəl qola imza ataraq, bir növ hər kəsdə \"Bayern Münhen\"in başına gələn məğlubiyyətin, \"Şalke-04\" -ün də yaşayacaqı təsəvvürünü yaradırdı. Amma belə olmadı. Özünə gəlməyi bacaran alman klubu, 90 dəqiqə ərzində italyanlara tam bir kabus yaşadıb.17-ci dəqiqədə Matip hesabı bərabərləşdirib. 34-cü dəqiqədə Milito yenidən hesabda \"İnter\"i irəli çıxarıb. Amma Edu 40-cı dəqiqədə hesabı yenidən berabərləşdirib. Birinci hissə bu hesabla başa çatsa da, ikinci hissədə almanlar 57-ci dəqiqədə Ranokkyanın avtoqolu və 75-ci dəqiqədə \"Real\"ın keçmiş əfsanələrindən sayılan Raulun qolu ilə \"İnter\" üzərindəki 4:2 hesablı darmadağını rəsmiləşdiriblər. İndi almanların Çempionlar Liqasının növbəti mərhələsində ingilis və ya ispan təmsilçiləri ilə qarşılaşma barədə düşünmələri daha real görünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB