Taekvondoçularımız Braziliyaya yola düşüblər

Taekvondoçularımız Braziliyaya yola düşüblər

XXXI Yay Olimpiya Oyunlarının taekvondo yarışlarında Azərbaycanı təmsil edəcək idmançılardan Fəridə Əzizova (67 kq), Milad Beigi Hərçəqani (80 kq) və Radik İsayev (80 kiloqramdan yuxarı) bu gün Braziliyaya yola düşüblər. SİA-nın məlumatına görə, Azərbaycan Taekvondo Federasiyasından bildiriblər ki, digər qadın təmsilçimiz Patimat Abakarova (49 kq) və qadınlardan ibarət yığma komandanın baş məşqçisi Sun Mi Park Braziliyaya bir gün əvvəl gediblər.

Rio Olimpiadasının taekvondo yarışları avqustun 17-20-də keçiriləcək. Olimpiadada ölkəmiz ilk dəfə olaraq 4 idmançı - 2 kişi və 2 qadın taekvondoçu ilə təmsil olunacaq. Olimpiya Oyunlarında kişi idmançılarımızdan Milad Beigi Hərçəqani və Radik İsayev, qadın taekvondoçularımızdan isə Fəridə Əzizova ilə Patimat Abakarova qalib adı uğrunda mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə