"Mançester Yunayted" futbolçusu Adnan Yanuzayı "Sanderlend"ə icarəyə verib. "Sanderlend"in "Tvitter" səhifəsində yayılan xəbərə görə, türk əsilli belçikalı yarımmüdafiəçi mövsümün sonuna kimi icarə əsasında sözügedən klubda çıxış edəcək. Qeyd edək ki, A.Yanuzayın "MY" ilə müqaviləsi 2018-ci ildə başa çatır. O, ötən mövsüm icarə əsasında Dortmund "Borussiya"sında oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB