Nəhayət, Azərbaycanda da avtomobil idmanı inkişaf edə bilər. Siasport.az saytı xəbər verir ki, ölkəmizdə ekstremal avtomobil idmanı üzrə yarışlar təşkil olunacaq. Bu barədə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının toplantısında qərar qəbul edilib. Əldə etdiyimiz məlumata görə, federasiya "OFFROAD.AZ" klubunu üzvlüyə qəbul edib. Bu klub isə ekstremal avtomobil idmanı üzrə tədbirlər və yarışlar təşkil edir. Federasiya klubla birlikdə rəsmi tədbirlər keçirməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB