Cüdoçumuz "Rio-2016"da 1/8 finala çıxdı

Cüdoçumuz "Rio-2016"da 1/8 finala çıxdı

"Rio-2016" Yay Olimpiya Oyunlarında keçirilən cüdo yarışlarının sonuncu günü də Azərbaycan yığması üçün uğurlu olub. SİA-nın məlumatına görə, kişi atletlərin mübarizəsində 100 kq-dan yuxarı çəki dərəcəsində tatamiyə çıxan cüdoçumuz Uşanqi Kokauri ilk görüşünü qalibiyyətlə başa vurub. Təmsilçimiz 1/16 finalda latviyalı Arturs Nikiforenkonu məğlub edib.

Yığmamızın ən ağır çəkili cüdoçusu 1/8 finalda yaponiyalı idmançı Hisoyoşi Harasavaya rəqib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə