"Rio-2016"da daha bir dünya rekordu qeydə alınıb. SİA-nın məlumatına görə, Braziliyada təşkil olunan XXXI Yay Olimpiya Oyunlarındakı 12-ci rekord velosiped idmanında yenilənib. Trek yarışlarında çıxış edən Böyük Britaniyanın qadınlardan ibarət komandası tarixi nəticə göstərib. Təsnifat mərhələsində qalib olan britaniyalılar 4000 m məsafəni 4 dəqiqə 13,260 saniyəyə qət ediblər.
Əvvəlki rekord isə 2015-ci ilin fevralında Avstraliya yığması tərəfindən müəyyənləşdirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB