Sevda Yahyayeva idmandan danışdı- MÜSAHİBƏ

Sevda Yahyayeva idmandan danışdı- MÜSAHİBƏ

Milli komandamızın və "Neftçi"nin futbolçusu Ruslan Abışovun baş rolda çəkildiyi Sevda Yahyayevanın "Gecdir daha" adlı klipininin təqdimat mərasimindən sonra müğənni suallarımızı cavablandırdı:

- Klip çəkilişlərinə qədər Ruslan Abışovu tanıyırdınız?

- Əvvəlcədən tanımırdım. Klip çəkilişindən əvvəl tanış olduq. Onu tanıdığıma görə çox şadam.

- Belə fikir haradan yarandı?

- Bu mənim köməkçim Pərviz və Ruslanın qardaşı Sərxanın fikri idi. Biz təklif etdik, onlar da qəbul etdi.

- Azərbaycan çempionatı ilə maraqlanırsız?

- Maraqlanıram. Hazırda birinci yerdə "Neftçi" gedir. İkinci yerdə də "Xəzər Lənkəran"dı. "Xəzər Lənkəran"ın 49 xalı var. Bizdə isə ("Neftçi"ni nəzərdə tutur - P.K) səhv etmirəmsə, ya 52-di, ya da 53 ("Neftçi"nin 55 xalı var - P.K.). "Neftçi"nin "Qarabağ"la oyununa baxdım. 2:0 hesabı ilə qalib gəldi. Bundan başqa milli komandamızın Belçika ilə oyununa da baxmışam. Həmin oyunda 1:4 hesabı ilə uduzduq. Yeganə qolumuzu Ruslan Abışov vurdu. Bir sözlə futbolumuzu izləyirəm.

- Belçikaya məğlubiyyət sizi məyus etdi?

- Əlbətdə ki, məyus oldum. Ruslanla artıq dost olmuşam. Onun uğurları məni sevindirir, uğursuzluqları da məyus edir. Məğlub olanda dostu olaraq üzülürəm.

- Belçika məğlubiyyəti sizi sadəcə Ruslan Abışovun dostu olaraq məyus etdi, yoxsa milli komandamızın uduzmasına üzüldünüz?

- Təbii ki, həm də milli komandamızın məğlubiyyəti bir vətəndaş kimi məni məyus etdi. Həmişə arzulayıram ki, futbolçularımız qələbə qazansın. Ruslana gəlincə, ona uğurlar arzulayıram. Bilirəm ki, yayda xarici komandalardan birinə keçə bilər. O, çox gözəl futbolçu olmaqla yaşanı, həm də gözəl insandır. Ruslana bol-bol uğurlar arzulayıram.

- Futbolçulardan kimi tanıyırsan?

- Ruslan Abışovu, Rodriginyonu, Flavinyonu, Parkısı, Kamran Ağayevi tanıyıram. Amma yaxından tanıdığım tək futbolçu Ruslan Abışovdur. O biriləri qiyabi olaraq tanıyıram.

- İndiyə qədər hansısa idman növü ilə məşğul olmusunuz?

- Fitnessə getmişəm və hazırda da bununla məşğul oluram. Orta məktəbdə oxuyanda stolüstü tennis oynamışam.

- Planınızda futbolla bağlı mahnı oxumaq yoxdur?

- Təklif olsa, məmuniyyətlə oxuyaram.


Elgün Vidadioğlu

siasport.az

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com