Rumıniyalı qızlar Olimpiya çempionu olublar

Rumıniyalı qızlar Olimpiya çempionu olublar

Rumıniyanın qadın qılıncoynadanlardan ibarət milli komandası XXXI Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. SİA-nın məlumatına görə, qılıncoynatmanın şpaqa növündə komanda yarışlarının final oyununda Rumıniya millisi Çin yığmasına 44:38 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Üçüncü yer uğrunda görüşdə Rusiya millisi Estoniya yığmasını 37:31 hesabı ilə məğlub edərək "Rio-2016"nı üçüncü pillədə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə