Türkiyə millisinin sabiq futbolçusu və keçmiş millət vəkili Hakan Şükür və atası Selmet Şükür barəsində həbs-qətimkan tədbiri seçilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, onlar ölkədə hərbi çevrilişə cəhd edən FETÖ təşkilatını maliyyələşdirməkdə ittiham olunurlar. Bu səbəbdən məhkəmə ata və oğulun həbsi barədə qərar verib.
"Hürriyyət" qəzetinin yazdığına görə, bundan başqa, məhkəmənin qərarına əsasən, Hakan Şükür və atasının Türkiyədəki bütün var-dövləti - maşınları, bank və digər maliyyə qurumlarındakı hesabları, mülkləri, şirkətlərdəki ortaqlıq payı müsadirə olunub.
Qeyd edək ki, hazırda Hakan Şükür ABŞ-da yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB