Vüqar Nadirov: "Deməzdim ki, "Neftçi" bizdən yaxşı oynadı"

Vüqar Nadirov: "Deməzdim ki, "Neftçi" bizdən yaxşı oynadı"
Bazar günü "Xəzər-Lənkəran"la qarşılaşacaq "Qarabağ" dünən istirahət edib. Siasport.az saytı xəbər verir ki, "Neftçi" ilə oyunun ertəsi bir məşqlə kifayətlənən komanda bu gündən məşqlərə başlayacaq. Sonuncu turda "Neftçi" ilə oyunda alınmış məğlubiyyət komandanın 9 oyunluq qələbə seriyasına son qoydu. Ağdam təmsilçisinin son zamanlarda formada olan forvardı Vüqar Nadirov oyun barədə danışıb: "Oyuna istəkli çıxmışdıq. Erkən qol gözləmirdik. Ondan sonra çətin oldu. Deməzdim ki, "Neftçi" bizdən yaxşı oynadı. İlk qolu vurub, oturdular "dala", öz vaxtlarını gözlədilər. Daha bir qol vuraraq qələbə qazandılar. Millidə olmağımıza alışmışıq. Deməzdim ki, ona görə uduzduq. Təbii ki, 2 gün hazırlaşmaqla 1 həftə bir yerdə çalışmaq eyni deyil. Ona görə də artıq qarşıdakı oyunları fikirləşmək lazımdır. "Neftçi" çempionatın ən güclü klublarından biridir. Ona görə də onlar da qələbə üçün meydana çıxmışdılar. İndi bu oyunla yaşasaq heç nə qazanmayacağıq. "Neftçi"ylə daha bir dəfə də qarşılaşmalıyıq. Amma bakılılardan başqa daha 6 oyunumuz var. Biz hər zaman çətin məqamlardan çıxmağı bacarmışıq. 9 oyundu qələbə qazanırdıq. Bu baxımdan məğlubiyyət üzücü oldu. Amma artıq "Xəzər-Lənkəran"la oyuna hazırlaşacağıq. Ötən mövsüm də hamı bizə ümidini itirmişdi. Amma sonda çempionluq şansı olan 3-4 komandadan biri idik. İndi yenə də sona qədər döyüşəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə