Olimpiya oyunları tarixinin ən titullu idmançısı olan amerikalı üzgüçü Maykl Felps Rio-de-Janeyroda keçirilən Olimpiadadan sonra karyerasını başa vuracaq. SİA-nın məlumatına görə, bu barədə atletin özü mətbuat konfransında məlumat verib: "Bu gün sonuncu dəfə 200 metr məsafəyə üzməkdə yarışdım. 20 il əvvəl üzməyi öyrəndiyimi, amma bundan sonra yarışa bilməyəcəyimi düşünmək qəribə hisslər oyadır. Digər tərəfdən, mən hər zaman istədiyimi eləmişəm".
Qeyd edək ki, M.Felps 5 dəfə Olimpiya oyunlarında iştirak edib və ümumilikdə 26 medal (22 qızıl, 2 gümüş və 2 bürünc) qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB