Ruslan Abışovun şou-biznesdə ilk addımı-FOTOSESSİYA

Ruslan Abışovun şou-biznesdə ilk addımı-FOTOSESSİYA

Azərbaycan yığmasının və \"Neftçi\"nin gənc futbolçusu Ruslan Abışov şou-biznesdə ilk addımını atıb. Siasport.az saytı xəbər verir ki, Ruslan Abışov bu gün \"ParkBulvar\" ticarət mərkəzində baş rolda oynadığı müğənni Sevda Yəhyayevanın yeni klipinin təqdimatında olub. Təqdimat mərasimində şou-biznesin bir çox nümayəndələri də iştirak ediblər. Hətta Ruslandan müsahibə almaqda şou-biznes nümayəndələri əməkdaşlarımıza çətinlik də yaratdı. Deyəsən, şou aləmi futbolçunu çox sevib. Müğənnin yeni klipinin təqdimatı olduqdan sonra mətbuat konfransı keçirilib və Ruslan Abışovla Sevda Yəhyayeva media nümayəndələrinin suallarını cavablandırıblar. Hələ ki, oxuculara tədbirin fotosesiyasını təqdim edirik. Hər iki qəhrəmanın müsahibəsini və klipi isə bir neçə dəqiqədən sonra saytımızda yerləşdirəcəyik.

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə