Sən demə, PSJ-dən ayrılan Loran Blan "Qalatasaray"dan təklif alıb. Xarici KİV-lərin yazdığına inansaq, təklifi geri çevirən fransız mütəxəssis, Türkiyədə çalışmaq istəmədiyini bildirib. Hazırda isə, Blanın xidmətində Fransanın məşhur "Canal+" kanalı da maraqlıdır. "Canal+" 50 yaşlı mütəxəssisi daimi ekspert qismində görmək istəyir. Qeyd edək ki, Blan bir müddət əvvəl PSJ-nin baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB