"Qarabağ" bu mövsüm ilk qələbəsini qazandı

"Qarabağ" bu mövsüm ilk qələbəsini qazandı

Dünən futbol üzrə Topaz Premyer Liqada II turun oyunlarına start verilib. Bu turun ilk oyun günündə bir qarşılaşma keçirilib. Son çempion "Qarabağ" səfərdə "Sumqayıt"ın qonağı olub. Ötən tur "İnter"ə uduzan Ağdam təmsilçisi "Sumqayıt"la oyunda 2:0 hesabı ilə qalib gəlib. Qeyd edək ki, turun digər görüşləri növbəti günlərdə keçiriləcək.





11 avqust (cümə axşamı)

19:00. "Sumqayıt" – "Qarabağ" - 0:2
Qollar: Muarem Muarem, 52 (0:1), Dani Kintana, 84 (0:2)
"Kapital Bank Arena"
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Vüqar Bayramov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov

12 avqust (cümə)

20:00"Qəbələ" – "İnter"
"Dalğa Arena"

13 avqust (şənbə)

17:00."Kəpəz" – AZAL
Gəncə şəhər stadionu

14 avqust (bazar)

21:00."Neftçi" – "Zirə"

Bütün xəbərlər Facebook səhifəmizdə