RFF-nin prezidenti İsgəndər Cavadov “Abşeron”un fəaliyyətini qiymətləndirdi
Azərbaycanın görkəmli futbol ustası, Regional Futbol Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, "Şöhrət" ordenli futbolçumuz İsgəndər Cavadov "Abşeron" FK-nun fəaliyyətinə qiymət verərək komandanın ölkə çempionatının 1 Divizionundakı çıxışını dəyərləndirdi. Siasport.az saytı xəbər verir ki, ünlü futbolçumuz bildirdi ki, yarandığı ilk gündən "Abşeron"un çıxışını maraqla izləyir: "Komandanın uğurlu çıxışı heç də, təsadüfü deyil. Belə ki, elə ilk gündən komandanın formalaşdırılmasında klub rəhbərliyinini yeritdiyi siyasət diqqət çəkir. 1-ci dövrədə gənc futbolçularla yanaşı heyətdə təcrübəli futbolçuların yer almasını peşəkarlıq baxımdan düzgün addım hesab edirəm. Tədricən gənclər püxtələşdikcə onlar yaşca böyükləri əvəz etməyə başladılar. Artıq 2-ci dövrədə tamamilə cavan futbolçulardan ibarət heyətlə komanda uğurlu çıxışlarını sırlayır. "İnter"lə kubok oyunun da isə "Abşeron" sözün yaxşı mənasında məni təəcübləndirdi. Meydanın hər qarışında rəqibə müqavimət göstərən 1-ci liqa təmsilçisi olduqca xoş təsir bağışladı.
"Abşeron" həqiqətən 1-ci dəstə
yarışına rəng qatdı. Bu turniri olduqca maraqlı etdi. Ümumiyyətlə Regional
Futbol Federasiyasının prezidenti kimi, böyük ərazini əhatə edən Abşeron
bölgəsində belə bir komandanın yaranması məni çox sevindirir. Bundan başqa
regonal futbol federasiyasının bayrağı altında keçirilən bir sıra yarışlarda
"Abşeron"un aşağı yaş qrupuna daxil olan komandalarının iştirakı məni
sevindirməyə bilməz. Klub 1-ci Divizionda çıxış etməyinə baxmayaraq uşaq
futbolunun inkişafına xüsusi yer ayırır. Gənc futbolçulara dəstək verir.
Futbolumuzun inkişafında bu ən başlıca amildir. Buna görə də, mən "Abşeron"
FK-nun rəhbərliyini belə bir gözəl klub formalaşdırdıqları üçün təbrik edir,
baş məşqçi Mirbağır İsayevə uğurlar diləyirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB