Gənc futbolçularımız Rusiya yığmasını darmadağın etdi

Gənc futbolçularımız Rusiya yığmasını darmadağın etdi

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirinin qrup mərhələsində son oyununu keçirib.

Rusiya-2 yığması ilə qarşılaşan komandamız böyük hesablı qələbə qazanıb – 12:1. Xaqani Sadıqov 6, Kamran Quliyev isə 4 qol vurublar. Hərəyə 1 dəfə İzzət Muştaqov və Məhəmməd Məhərrəmov fərqləniblər. İlk oyunda İran yığmasına 0:3 hesabı ilə məğlub olan, ikinci qarşılaşmada isə Tacikistan komandası ilə 2:2 hesablı heç-heçə edən yığmamız qrupda üçüncü yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə