\"Qalatasaray\"ın futbolçusu \"Qlazqo Reyncers\"ə gedir?

\"Qalatasaray\"ın futbolçusu \"Qlazqo Reyncers\"ə gedir?

İstanbulun \"Qalatasaray\" futbol klubunun böhrandan heç cürə çıxa bilməməsi, sonda komandada top qovan əcnəbi futbolçuların da mövsümün sonunda İstanbulu tərk etmələrini qaçılmaz edib. Siasport.az saytı xəbər verir ki, Avstraliya milli komandasının və \"Qalatasaray\"ın ulduz futbolçusu Harr Kevell, Şotlandiyanın \"Qlazqo Reyncers\" futbol klubunun transfer siyahısında yer alır. Türkiyənin nüfuzlu \"Hüriyyət\"qəzeti yazır ki, artıq Şotlandiya klubu futbolçunun meneceri Berniye Mandiçlə transfer məsələsini müzakirə etməyə başlayıb. Qarşı tərəf H.Kevell üçün qaranti olaraq 1,1 milyon avro ödəməyə hazır olduğunu artıq bəyan edib. Məlumatda bildirilir ki, onsuz da mövsümün sonunda \"Qalatasaray\"la müqavilə müddəti bitən avstraliyalı futbol ulduzunun da bu transferə müsbət yanaşdığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə