Cüdoçumuzun dörddəbir finaldakı rəqibi Misir təmsilçisi Ramadan Dərviş olacaq. R.Dərviş 2016-cı ildə keçirilən böyüklər arasında cüdo üzrə Afrika çempionatının qalibidir.
19:07
Elmar Qasımov növbəti qələbəsini qazanıb. O, səkkizdəbir final mərhələsində Əlcəzair idmançısı Lyes Bouyakouba qalib gələrək dörddəbir finala adlayıb.
Təmsilçimiz dörddəbir finalda Ramadan Dərviş (Misir) – Xose Armenteros (Kuba) görüşünün qalibi ilə tatami üzərinə çıxacaq.
17:34
Cüdoçumuzun növbəti mərhələdəki rəqibi müəyyənləşib. Tbilisi Qran-pri yarışının qalibi Elmar Qasımov səkkizdəbir finalda Lyes Bouyakoub (Əlcəzair) ilə qarşılaşacaq.
17:22
Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının altıncı günündə - avqustun 11-də mübarizəyə qoşulan Azərbaycan cüdoçusu Elmar Qasımovun çıxışı uğurlu olub.
Turnirdə 100 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz Elmar Qasımov 1/16 final mərhələsində Rusiya təmsilçisi, Avropa, dünya və Olimpiya çempionu Tahir Xaybulayev ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Elmar Qasımov səkkizdəbir final mərhələsinə yüksəlib.
Cüdoçularımızdan Rüstəm Orucov (73 kq) avqustun 8-də keçirilmiş yarışda Rio Olimpiadasında Azərbaycana ilk gümüş medalı qazandırmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB