Futbol üzrə Rusiya milli komandasına yeni baş məqşçi təyin edilib. "Sport-ekspress"in yaydığı xəbərə görə, müvafiq qərar Rusiya Futbol İttifaqının (RFİ) İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul olunub. Qərara əsasən, bu vəzifə Stanislav Çerçesova həvalə olunub. Onunla 2 illik - DÇ-2018-in son oyununa qədər müqavilə imzalanıb. RFİ məlumatı təsdiqləyib. Xatırladaq ki, 52 yaşlı mütəxəssis buna qədər "Terek", "Amkar", "Dinamo" və "Legiya" (Polşa) klublarını çalışdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB