İstanbulun digər bir nəhəng klubu olan \"Beşiktaş\" futbol klubu artıq Avropada ulduz futbolçu və məşqçi qalmayıb ki, İstanbula gətirməsin. Siasport.az saytı xəbər verir ki, klubun böyük maddi imkanlara malik sahibi olan iş adamı Yıldırım Dəmirörən indi də portuqaliyanın əfsanə futbol ulduzu Luiş Fiqonu İstanbul klubuna gətirir. Amma bu dəfə futbolçu kimi deyil, komandanın idman direktoru kimi. Y.Dəmirörənin iş ortaqlarından biri sayılan L.Fiqo, eyni zamanda İstanbul klubunun rəhbərinin \"Real Madrid\"in ulduz futbolçusu Kriştiyano Ronaldo ilə birlikdə İspaniyada qolf və tikinti biznesində də önəmli ortaqlardan sayılır. Portuqaliya mətbuatı yazır ki, L.Fiqo \"Beşiktaş\"ın idman direktoru kimi böyük səlahiyyətlərə malik olacaq, klubunun futbol transferi və başqa vacib sahələr də onun nəzarətinə veriləcək. Artıq Y.Dəmirörənin L.Fiqo ilə bir çox məsələləri razılaşdırdığı bildirilir. Qeyd edək ki, L.Fiqo hazırda İtaliyanın \"İnter\" futbol klubunun texniki personalında yer alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB