Macar idmançı ikiqat Olimpiya çempionu olub

Macar idmançı ikiqat Olimpiya çempionu olub

Macarıstan Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında növbəti qızıl medalını qazanıb. SİA-nın məlumatına görə, kişilər arasında qılıncoynatmanın sablya növündə mübarizə aparan macarıstanlı Aron Siladi bütün rəqiblərindən üstün olub. Finalda ABŞ təmsilçisi Deril Homerə 15:8 hesabı ilə qalib gələn A.Siladi ikiqat Olimpiya çempionu olub. Macarıstanlı idmançı "London-2012" Yay Olimpiya Oyunlarında da fəxri kürsünün ən yüksək pilləsində yer almışdı.

Bürünc medal uğrunda görüşdə isə Koreya Respublikasından olan Kim Con Hvani iranlı Moctab Abedindən üstün olub–15:8.

Bütün xəbərlər Facebook səhifəmizdə