Elmar Qasımov "Rio-2016"da 1/8 finala çıxdı

Elmar Qasımov "Rio-2016"da 1/8 finala çıxdı

Bu gün Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulan Azərbaycan cüdoçusu Elmar Qasımovun çıxışı uğurlu olub. SİA-nın məlumatına görə, 100 kq çəki dərəcəsində yarışan cüdoçumuz 1/16 final mərhələsində Rusiya təmsilçisi, Avropa, dünya və Olimpiya çempionu Tahir Xaybulayev ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Elmar Qasımov 1/8 final mərhələsinə yüksəlib.

Xatırladaq ki, cüdoçularımızdan Rüstəm Orucov (73 kq) avqustun 8-də keçirilmiş yarışda Rio Olimpiadasında Azərbaycana ilk gümüş medalı qazandırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə