Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə XXXIV beynəlxalq Bakı turniri keçiriləcək

Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə XXXIV beynəlxalq Bakı turniri keçiriləcək

Apelin 9-dan 11-dək Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Şağan Olimpiya İdman Kompleksində iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor H.Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə XXXIV beynəlxalq Bakı turniri keçiriləcək.

Tədbir ölkəmizin idman ictimaiyyətinin tanınmış nümayəndələrinin Fəxri xiyabanda Ümumilli lider Heydər Əliyevin məzarının, daha sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor H.Aslanovun məzarının ziyarət olunması ilə başlayacaq. Tədbirin davamı olaraq saat 17:00-dan Şağan OİK-də keçiriləcək. Turnirdə İran, Gürcüstan, Rusiya, Türkiyə kimi ölkələr iştirak edəcəklər.

Tədbirin məqsədi xalqımızın qəhrəman insanlarından olan general-mayor Həzi Əhəd oğlu Aslanovun xatirəsinin əbədiləşdirilməsi, cüdo idman növünün geniş təbliğ olunması, iştirakçıların idman ustalığının artırılması, MDB və digər xarici ölkələrin idmançıları ilə dostluq və idman əlaqələrinin möhkəmləndirilməsi, ən güclü idmançıların aşkar edilməsindən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com