FİFA nümayəndələri Azərbaycanda otellərə baxış keçirəcəklər

FİFA nümayəndələri Azərbaycanda otellərə baxış keçirəcəklər
2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatına hazırlıqla bağlı FİFA nümayəndələri Neriko Digs və Metyu Hardinq Bakıda səfərdədirlər. Siasport.az saytı xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında U-17 qızlar arasında DÇ-2012-nin yerli Təşkilat Komitəsi ilə FİFA nümayəndələri arasında görüş keçirilib. Təşkilat Komitəsinin sədri Elxan Məmmədov dünya çempionatına hazırlıqla bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Aprelin 8-ə qədər davam edəcək səfər proqramı çərçivəsində beynəlxalq futbol qurumunun nümayəndələri ölkəmizdəki otellərin vəziyyəti, otellər arasındakı məsafə, həmçinin yollar barədə məlumat toplayacaqlar. Bununla əlaqədar onlar ölkəmizdəki müvafiq otellərə baxış keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə