\"Qalatasaray\" yeni antirekorda imza atdı

\"Qalatasaray\" yeni antirekorda imza atdı
İstanbulun \"Qalatasaray\" futbol klubunun uğursuz seriyası, artıq açıq-aşkar əsl biyabırçılıqa dönür. Siasport.az saytı xəbər verir ki, dünən rəqib meydanında \"Antalyaspor\"la qarşılaşan \"cim-bom\", qapısından 3 cavabsız qol buraxaraq, 100 ildən çox olan şanlı tarixinə daha bir antirekord yazmalı oldu. Məsələ burasındadır ki, əgər bu vaxta qədər Türkiyə Superliqasındakı 3 böyük komanda arasında bir mövsüm ərzində ən çox məğlubiyyət acısı dadan klub kimi \"Fənərbaxça\" göstərilirdisə, indi bu \"şərəf\" \"Qalatasaray\"a məxsusdur. Xatırladaq ki, 1987-1988-ci illər mövsümündə \"Fənərbaxça\" 38 qarşılaşmada 13 dəfə meydanı məğlub kimi tərk edərək 3 İstanbul nəhəngi arasında antirekorda imza atmışdı. Amma dünənki məğlubiyyətlə bu mövsüm ərzində 14-cü dəfə meydandan başıaşağı ayrılan \"Qalatasaray\", \"Fənərbaxça\" və \"Beşiktaş\"la müqayisədə, bir mövsüm ərzində ən çox məğlub olan klub kimi tarixə düşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə