Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə yeniyetmə yunan-Roma güləşçiləri arasında beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Gürcüstan, İran, Rusiya, Qazaxıstan, Ermənistan komandaları da mübarizə aparıb.
Yeniyetmələrdən ibarət yığma komandamız ümumilikdə 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.
Qızıl medalları yığmamıza Zaur Əliyev (42 kq) və Fail İsgəndərov (46 kq) qazandırıb. Zaur finalda komanda yoldaşı Azər Muxtarlıdan üstün olsa da, Fail gürcü idmançını xalçadan məğlub yola salıb. 54 kq-da mübarizə aparan Elnur Musayev yığmamıza növbəti gümüş medalı qazandırıb. O, həlledici görüşdə Rusiya idmançısına məğlub olub.
Bürünc medallara isə, Araz Şükürzadə (42 kq), Mirsirac Həsənli (46 kq), Həsən Məmmədli (58 kq) və Nəsir Maşanov (76 kq) layiq görülüb.
Komanda hesabında Azərbaycan güləşçiləri ikinci sırada qərarlaşıb. Birinci yeri Gürcüstan, üçüncü yeri isə İran pəhləvanları tutub.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Tural Əliyev təmsil edib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB