Uen Runiyə 2 oyunluq cəza verildi!

Uen Runiyə 2 oyunluq cəza verildi!

İngiltərə Premyer Liqasının keçən həftə keçirilən \"Mançester Yunayted\"-\"Vest Hem\" qarşılaşması təkcə \"qırmızı şeytanlar\"ın 4:2 hesablı qələbəsi ilə yadda qalmayıb. Siasport.az saytı xəbər verir ki, həmin qarşılaşmada ardıcıl olaraq 3 qola imza atan Uen Runu, həm də qol vurduqdan sonra oyunu translasiya edən kameralara yaxınlaşaraq öz \"sevinc hisslərini\" bəyan etməsi ilə də yadda qalıb. Belə ki, 3-cü qolu vurduqdan sonra kameralara yaxınlaşan U.Runu, özünəməxsus şəkildə xoşagəlməz əl-qol hərəkətləri \"icra\" etdikdən sonra, bir sıra söyüşlərlə \"zəngin\" ifadələr işlədib. Həmin məqamlar kameranın yaddaşına əks olunduğu üçün, İngiltərə Futbol Federasiyasının nizam-intizam komissiyası məsələni araşdırdıqdan sonra, \"Mançester Yunayted\"in hücumçusunu 2 oyunluq cəzaya məruz qoyub. Bu isə o deməkdir ki, İngiltərə çempionluğu uğrunda mübarizə aparan \"qırmızı şeytanlar\", qarşıdakı vacib oyunlarda U.Runinin köməyindən istifadə edə bilməyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə