Bakı Şahmat Olimpiadasının maskotu "Şah Oğlan" hər gün (bazar ertəsindən başqa) 28 Mall, Park Bulvar və Metro Park ticarət mərkəzində yolunuzu gözləyir. SİA-nın məlumatına görə, bu məkanlarda həmçinin Bakı Şahmat Olimpiadasının məlumat mərkəzləri fəaliyyət göstərir. Mötəbər yarışla bağlı istənilən suala həmin mərkəzdə cavab tapa bilərsiniz. "Şah Oğlan"la saat 15:00-dan 18:00-dək qədər alış-veriş mərkəzlərində, 19:00-dan 21:00-a qədər isə Dənizkənarı Milli Parkda və Fəvvarələr Meydanında görüşmək imkanınız var.
Qeyd edək ki, Bakı Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də olacaq. Açılış mərasimi Milli Gimnastika Arenasında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB