\"Qalatasaray\" biabır oldu

Türkiyə Superliqasında 27-ci turun oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub. Bu mövsüm uğursuz çıxışları ilə yadda qalan "Beşiktaş" daha bir məğlubiyyətlə üzləşib. \"Ağ - Qaralar\" səfərdə "Sivaspor"la görüşdən məğlub ayrılıb. Belə ki, matçın son saniyələrində vurulan qol \"Sivaspor\"un minimal hesablı qələbə qazanması ilə nəticələnib. Çempionluq uğrunda mübarizə aparan "Trabzonspor" isə daha 3 xal qazanıb.

İkinci oyun günündə digər çempionluğa namizəd \"Fənərbaxça\" isə xal itkisi ilə üzləşib. Belə ki, doğma meydanda son çempion \"Bursaspor\"la duel qolsuz başa çatıb ki, bu da daha çox trabzonluların işinə yarayıb. Bu nəticə ilə hələlik turnir cədvəlində liderliyi \"Trabzonspor\" ələ keçirib.

Nəhayət, turun qapanış matçında mövsümün ən uğursuzu \"Qalatasaray\" səfərdə \"Antalyaspor\"a 3 cavabsız qolla biabırçı şəkildə uduzub. Bu qollardan ikisini isə məhz vaxtilə \"Sarı-Qırmızılar\"ın heyətində tanınmış Necati Atəş vurub.

Türkiyə Super Liqsı

XXVII tur

2 aprel

Karabükspor - Qaziantepspor 3:2

Qollar: Yasin Avcı, 41. Emil Angelov, 63. İlhan Parlak, 90 - İvan de Souza, 7. Olcan Aydın, 81

Sivasspor - Beşiktaş 1:0

Qollar: Cihan Yılmaz, 90+3

Qırmızı vərəqə: Tomas Sivok, 65 (\"Beşiktaş\")

Ankaragücü - Eskişehirspor 2:2

Qollar: Fatih Təkkə, 41. Sərdar Özkan, 74 - Burhan əsər, 35. Batuhan Karadəniz, 71

Trabzonspor - Konyaspor 1:0

Qollar: Umut Bulut, 43

3 aprel

Manisaspor - Gənclərbirliyi 0:3

Qollar: Mixael Yedinak, 32. Sərkan Çalık, 55. Mustafa Pektemek, 57

Qırmızı vərəqə: Murat Ərdoğan, 45 (\"Manisaspor\")

Kayserispor - Kasımpaşa 1:3

Qollar: Səlim Təbər, 88 - Ersen Martin, 45; 69. Şahin Aygünəş, 81

İstanbul BB - Bucaspor 2:1

Qollar: Pavel Londak, 70-avt. Filip Holoşko, 86 - Abdulkadir Özgen, 65

Fənərbaxça - Bursaspor 0:0

4 aprel


Antalyaspor - Qalatasaray 3:0

Qollar: Erkan Sekmen, 31. Necati Atəş, 58; 70-pen.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com