Azərbaycan millisinin sabiq üzvü Olimpiya çempionu olub Qazaxıstan yığmasında

Azərbaycan millisinin sabiq üzvü Olimpiya çempionu olub Qazaxıstan yığmasında

Azərbaycan millisində çıxış etmiş, hazırda Qazaxıstanı təmsil edən Nicat Rəhimov Rio-2016 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. SİA-nın məlumatına görə, 77 kq çəki dərəcəsində çıxış edən atlet birdən qaldırmada 165 kq, təkanla qaldırmada isə 214 kq nəticə göstərib. İdmançı eyni zamanda, təkanla qaldırmada dünya rekordunu yeniləyib. 23 yaşlı Nicat "Rio-2016"da Qazaxıstana ilk qızıl medalı qazandırıb.

Onu da nəzərinizə çatdıraq ki, Qazaxıstanın aktivində 1 qızıl, 2 gümüş və 3 bürünc medal var.

Nicat Rəhimov Azərbaycan yığmasında 2010-cu il Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 69 kq çəki dərəcəsində qalib olub.

2014-cü ildən Qazaxıstan vətəndaşlığını qəbul edən idmançı bu ölkənin yığmasında 2015-ci ildə 77 kq çəki dərəcəsində dünya çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə