Özbəkistandan 5 medal
Azərbaycanın stolüsü tennis üzrə milli yığma komandasının baş məşqçisi Aleksandr Zudov və Mixail Timofeyevin rəhbərliyi altında 7 oyunçumuz Özbəkistanın Fərqanə şəhərində Novruz bayramına həsr olunmuş təlim-məşq toplanışından və Beynəlxalq yarışdan qayıdıblar. Siasport.az saytı xəbər verir ki, 12 gün davam etmiş idman tədbirində Özbəkistan, Qırğızıstan və Azərbaycanın raket ustaları iştirak ediblər. Yarışa 9 kişi və 7 qadın komandası qatılıb. Beynəlxalq yarışda hər iki komandamız 2-ci yerin sahibi olub. Şəxsi görüşlərdə idmançılarımız Rüstəm Əliyev və Billurə Eminova gümüş medal qazanıb.

1994-cü il təvəllüdlü və daha kiçik yaşlı oğlanlar arasında Hilal Həsənov bütün rəqiblərinə üstün gələrək ən yüksək pilləyə qalxıb. Sumqayıt tennisçisi Xəyal Həşimli isə bir qədər zəif çıxış edərək 3-cü yerlə kifayətlənib.

Eyni yaş qrupunda çıxış edən qızların mübarizəsində Bakı idmançısı Suğra Talıbova 3-cü yeri tutub.

Turnirin sonunda qaliblərə Özbəkistan Respublikası Mədəniyyət və İdman Nazirliyinin diplomları verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com