Ruslan Abışov şou-biznes ictimaiyyətinin nümayəndələri ilə
bir araya gələcək. Siasport.az saytı xəbər verir ki, Azərbaycan yığmasının və
\"Neftçi\"nin gənc futbolçusu Ruslan Abışov bu gün maraqlı tədbirdə
iştirak edəcək.
Belə ki, \"ParkBulvar\" ticarət mərkəzində baş tutacaq mərasimdə futbol və şou biznes ictimaiyyətinin nümayəndələri bir araya gələcək. \"ParkBulvar\" ticarət mərkəzinin 4-cü mərtəbəsində saat 15:00-da başlayacaq tədbirdə gənc müğənni Sevda Yəhyayevanın yeni klipinin təqdimatı olacaq. Təqdimat mərasimində klipdə baş rolu ifa edən \"Neftçi\"nin üzvü Ruslan Abışov da yer alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB