Məhəmmədrəsul Məcidov: "Arxayınlaşmaq olmaz" AÇIQLAMA

Məhəmmədrəsul Məcidov: "Arxayınlaşmaq olmaz" AÇIQLAMA

"İlk rəqibim çox təcrübəli boksçu idi. Ardıcıl üç Olimpiya Oyunlarının iştirakçısı olub. Görüşüm asan olmasa da, sonda qalib gəlməyi bacardım". SİA-nın məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə söhbəti zamanı "Rio-2016"ya qələbə ilə başlayan boksçumuz, "London-2012"nin bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) deyib.

Boksçu bildirib ki, təkcə o deyil, bütün komandamız Olimpiadaya yaxşı hazırlaşıb: "Ümid edirəm ki, Azərbaycan komanda hesabında birinci olacaq. Növbəti rəqibimə gəlincə isə, qazaxıstanlı boksçu İvan Diçko çox texnikalı bir idmançıdır. Həm də boyu çox hündürdür. Buna baxmayaraq rəqibə qalib gəlmək lazımdır. Qazaxıstanlı boksçunu Olimpiadayadək iki dəfə məğlub etmişəm. Ancaq arxayınlaşmaq olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə