Oleq Stepko 24 idmançı arasında 22-ci oldu

Oleq Stepko 24 idmançı arasında 22-ci oldu

Rioda təşkil olunan Yay Olimpiya Oyunlarında idmançılarımızın mübarizəsi davam edir. İdman gimnastikasında kişilərin çoxnövçülük üzrə final yarışlarında Azərbaycanı təmsil edən Oleq Stepko 6 hərəkətin cəmində 24 idmançı arasında 22-ci olub. Qələbəni Yaponiyadan olan Koxei Uçimura qeyd edib. İkinci yeri ukraynalı Oleq Vernyayev, üçüncü yeri isə britaniyalı Maks Uaytlok tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə