“Kəpəz” AZAL ilə oyunun hazırlığına başladı

“Kəpəz” AZAL ilə oyunun hazırlığına başladı

Futbol üzrə Azərbaycan Premyer Liqasının ilk turunda "Qəbələ" ilə keçirilən səfər oyunundan sonra bir günlük istirahətə buraxılan "Kəpəz"in üzvləri məşqləri bərpa edib. Azerisport.az xəbər verir ki, komanda çempionatın 2-ci turunda qarşılaşacağı AZAL-la oyuna Bakıda hazırlaşır. Ötən günə təyin olunan məşq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında olub.

Bütün xəbərlər Facebook səhifəmizdə