Rio Olimpiadasında cüdo yarışları davam edir. Qol.az-ın məlumatına görə, ölkəmizi təmsil edən Məmmədəli Mehdiyev dünən ilk görüşünə çıxıb. 90 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda Denis Kirillə (Rusiya) qarşılaşıb və rəqibinə ipponla qalib gəlib. Onun 1/8 finalda rəqibi Tyaqo Kamilo (Braziliya) olub. Təmsilçimiz bu görüşdən də qalib ayrılıb. Mehdiyev rəqibindən vazari və yuka xalı ilə üstün olub. M.Mehdiyev 1/4 finalda Donqan Qvak (Koreya) ilə görüşüb. 4 dəfə xəbərdarlıq alan təmsilçimizə texniki məğlubiyyət verilib. M.Mehdiyev mübarizəsini təsəlliverici görüşdə Otqonbaatar Lxaqvasuren (Monqolustan) olub. Rəqibinə yuka xalı ilə uduzan idmançımız medalsız qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB