"Qarabağ" hazırlıqlara başlayıb

"Qarabağ" hazırlıqlara başlayıb
"Qarabağ" klubu məşqlərə başlayıb. Siasport.az saytı xəbər verir ki, dünən "Neftçi" ilə qarşılaşan komanda oyundan dərhal sonra hazırlıqlara start verib. Aprelin 10-da "Xəzər-Lənkəran"ı qəbul edəcək komandanın proqramında tək məşq olub. "Sərin" kompleksindəki məşq bərpaedici xarakter daşıyıb. Bakılılarla oyunda 90 dəqiqə meydanda olanlar yüngül qaçışla kifayətləniblər. Digər futbolçular isə 90 dəqiqə məşq ediblər.

Qeyd edək ki, "Qarabağ" sabah istirahət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə