Almaniyanın Dortmund şəhərində keçirilmiş Avropa çempionatında çıxışını başa vurmuş qadın güləşi üzrə milli komandamız Vətənə dönüb. Siasport.az saytı xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onları idman ictimaiyyəti və mətbuat nümayəndələri qarşılayıblar. Pəhləvanlarımızın və məşqçilərimizin qitənin ən güclülərinin yarışması ilə bağlı fikirləri belə olub (Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız Bakıya bu gecə qayıdır):
Nadejda Sementsova (2-qat Avropa çempionu): "Qələbə qazaqmaq elə də asan olmadı. Sadəcə, hazırlığımız məni arzumu realalşdırmağa imkan yaratdı. Qarşıda milli komanda daha ciddi sınaqlar gözləyir. Orada da özümü doğrultmağa çalışacam".
Yuliya Ratkeviç (Avropa çempionu): "Yarışqabağı məndə müəyyən gərginlik vardı. Axı, uzun müddətdir Avropa çempionatında mükafat qazanmamışdım. Lakin italiyalı rəqibimlə ilk görüşdən sonra həyəcan aradan qalxdı və hər şey yoluna düşdü. Yekunda fəxri kürsünün ən yüksək pilləsinə qalxdım".
Olesya Zamula (Avropa çempionatının bürünc mükafatçısı): "Mükafat qazandığım üçün sevincim hədsizdir. Açığı, bu anı çox gözləmişəm. Əvvəlki mötəbər yarışlarda medalı sonda əldən buraxırdım. İndi həmin uğursuzluğa son qoymağıma sevinirəm. Növbəti turnirlərdə də qələbənin davamını gətirməyə səy göstərəcəm".
Xatırladaq ki, 3 qızıl və 1 bürünc medalla yığmamız Avropa
çempionatını 2-ci yerdə tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB