Mariya Stadnik: “Elə bil ilk dəfə idi ki, xalça üzərinə çıxırdım”

Mariya Stadnik: “Elə bil ilk dəfə idi ki, xalça üzərinə çıxırdım”

"Analıq məzuniyyətinə çıxdığım üçün, xeyli müddət məşq etməmişdim. Bu səbəbdən fiziki göstəricilərimdə cüzi çatışmazlıqlar vardı". Siasport.az saytı xəbər verir ki, bu sözləri 3-qat Avropa çempionu Mariya Stadnik iki gün öncə çıxış etdiyi son Avropa çempionatındakı görüşləri barədə deyib. "Elə bil ilk dəfə idi ki, xalça üzərinə çıxırdım",-deyən idmançı yarışın gedişində həyəcanını aradan qaldırdığını qeyd edib. O, ilk görüşlərdən sonra özüməinamının qayıtdığını və sonrakı qarşılaşmalarda özümü rahat hiss etdiyini vurulayıb. "3-cü dəfə qitə çempionu olduğuma çox sevinirəm",-deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə