Xose Qvardiola müqaviləsi bitən kimi \"Barselona\" ilə vidalaşacaq

Xose Qvardiola müqaviləsi bitən kimi \"Barselona\" ilə vidalaşacaq
Xose Qvardiola artıq \"Barselona\"nı çalışdırmaqdan bezərək özünə yeni klub axtaracaq. Siasport.az saytı xəbər verir ki, katalonların baş məşçisi İspaniyanın \"Marça\" qəzetinin suallarını cavablandırarkən bildirib ki, \"Barselona\" klubu ilə müqaviləsinin müddəti bitən kimi o özünə yeni klub axtaracaq. X.Qvardiola ispan jurnalistlərə deyib ki, eyni adamlarla hər gün üz-üzə gəlmək və çalışmaq artıq bezdiricidir:
\"Klubla müqaviləm bitən kimi \"Barselona\"nı tərk edəcəyəm. Çünki eyni klubu uzun müddət çalışdırmaq eyni adamlarla uzun illər hər gün görüşmək çox bezdiricidir. Yəqin ki, Avropada özümə yeni klub tapıb işləyəcəyəm. Hər şeyin bir sonu var. İnsan daima bir yerdə bağlanıb qala bilməz\"-deyə X.Qvardiola fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə