Artıq futbol üzrə Portuqaliya çenpionatının 2011-ci ildəki növbəti çempionunun adı bəri başdan məlumdur. Siasport.az saytı xəbər verir ki, \"Porto\" futbol klubu çempionatın 25-ci turu çərçivəsində əzəli rəqibi \"Benfika\"nı 2-1 hesabı ilə məğlub edərək, çempionatın bitməsinə 5 həftə qalmış özünün 25-ci çempionluğunu elan edib. Qarşılaşmada \"Porto\"nun qollarına 9-cu dəqiqədə Fredy Quarin və 26-cı dəqiqədə təyin olunan penaltini uğurla yerinə yetirən Hulk imza atıblar. əzəli rəqibi qarşısında geri düşən \"Benfika\"nın heç nəyi dəyişməyən təsəlli qoluna isə Javiel Saviola imza atıb. Artıq \"Porto\" tərəfdarları Portuqaliya küçələrində çemponluqlarını bayram etməyə başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB