Olimpiada tarixinin ən titullu idmançısı 25 olimpiya medalı

Olimpiada tarixinin ən titullu idmançısı 25 olimpiya medalı

Olimpiya oyunları tarixinin ən titullu idmançısı müəyyənləşib. SİA-nın məlumatına görə, bu, ABŞ-dan olan üzgüçü Maykl Felpsdir. İki yüz metr məsafəni hamıdan tez üzməklə birinci qət edən M.Felps "Rio-2016"da qızıl medal üzrə şəxsi rekordunu ikinci dəfə yeniləyib. O, yarışın ilk günündə sərbəst üsulla 4x100 metr məsafəyə estafet yarışında da birinci yeri tutub. Hazırda Felpsin Olimpiya Oyunları aktivində 21 qızıl medal var.

Titullu atlet karyerası ərzində beş, buna qədər isə dörd - Sidney, Afina, Pekin, London Yay Olimpiya Oyunlarının mükafatçısı olub. Amerikalı idmançı nailiyyətlərinin sayına görə, ən mötəbər idman yarışı tarixində mütləq rekordçudur.

Onun hesabında 25 medal – 21 qızıl, 2 gümüş və 2 bürünc medal var.

Bütün xəbərlər Facebook səhifəmizdə