"Rio-2016"da jurnalistlərə hücum edildi

"Rio-2016"da jurnalistlərə hücum edildi

Olimpiya oyunlarının keçirildiyi Rio şəhərində xoşagəlməz hadisələr yaşanmaqda davam edir. SİA-nın məlumatına görə, növbəti hədəf media mənsubları olub. Hücum nəticəsində 3 jurnalist xəsarət alıb.

Rio-2016 Təşkilat Komitəsinin rəsmisi Mario Andrada açıqlamasında deyib: "Hadisə media işçiləri oyunsonrası olimpiya parkına gedərkən yaşanıb. Avtobusa daş yoxsa silahla hücum edildiyi hələ ki, dəqiq bilinmir. 12 jurnalistdən 3-ü yüngül xəsarət alıb. Avtobusun 2 pəncərəsi qırılıb" - deyə bildirib.

Hadisə vaxtı avtobusda olan britaniyalı jurnalist isə "Partlayış səsi eşitdik və hamı özünü yerə yıxdı. Avtobusun şüşəsində 2 böyük deşik vardı və bunlar silah nəticəsində yaranana oxşayırdı. Biz nə baş verdiyini anlamağa çalışarkən polis gəldi, onların müşaiyəti ilə ordan ayrıldıq", - deyib.

Braziliya hüquq mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə