“Milan” “İnter”ə futbol dərsi keçdi: 3:0

“Milan” “İnter”ə futbol dərsi keçdi: 3:0

İtaliya A seriyasının növbəti turunda ən maraqlı qarşılaşma, heç şübhəsiz ki, "Milan"-"İnter" derbisi oldu. Siasport.az saytı xəbər verir ki, əzəli rəqibi "İnter"i qəbul edən Milan şəhərinin təmsilçisi rəqibinə aman verməyib. "Rossonyerlər" qonaqları 3:0 hesablı darmadağınla yola salıblar. Bu "səxavətli qonaqpərvərliyə\" isə "Milan"ın braziliyalı ulduz futbolçusu Patonun iki, Antonio Kassanonun isə penaltidən vurduğu bir qol səbəb olub. A Seriyasındakı liderliyini daha da möhkəmləndirən "Milan", bu məğlubiyyətdən sonra əzəli rəqibini turnir cədvəlinin 3-cü sırasına göndərib. Xatırladaq ki, gərgin keçən qarşılaşmada komandalar meydanda hərəyə 10 oyunçu ilə mübarizə aparmalı olublar. Silvia Berluskoninin komandası artıq çempionluq havasına girib. Belə getsə \"Milan\" çempionluğunu bir-iki oyundan sonra elə bəribaşdan elan edə bilər. İtaliya A Seriyasında keçirilən digər qarşılaşmaları da diqqətinizə çatdırırıq:

\"Breşiya\" - \"Bolonya\" - 3:1
Qollar:
Perparim Xetemay, 4. Davide Zoboli, 9. Andrea Karaççolo, 66-pen. - Marko Di Vayo, 30

\"Milan\" - \"İnter\" - 3:0
Qollar:
Pato, 1; 62. Antonio Kassano, 90-pen.

\"Napoli\" - \"Latsio\" 4:3
Qollar:
Andrea Dossena, 60. Edinson Kavani, 62; 82-pen.; 88 - Stefano Mauri, 29. Andrea Dias, 57. Salvatore Aronika, 68-avt.

\"Kataniya\" - \"Palermo\" - 4:0
Qollar: Federiko Baldzaretti, 48-avt.; Qonsalo Bergessio, 61. Pablo Ledesma, 67. Simone Peşe, 77

\"Çezena\" - \"Fiorentina\" - 2:2
Qollar:
Luis Ximenes, 18. Fabio Kaserta, 86 - Alberto Cilardino, 35. Rikkardo Montolivo, 69

\"Cenoa\" - \"Kalyari\" - 0:1
Qol:
Robert Akvafreska, 16

\"Parma\" - \"Bari\" - 1:2
Qollar:
Amauri, 80 - Alessandro Parizi, 64. Edqar Alvares, 90

\"Roma\" - \"Yuventus\" - 0:2
Qollar:
Miloş Krasiç, 60. Alessandro Matri, 74

Kyevo\" - \"Sampdoriya\" - 0:0

\"Leççe\" - \"Udineze\" - 2:0
Qollar:
Andrea Bertolaççi, 48; 65


Bütün xəbərlər Facebook səhifəmizdə