Yeni idman internet saytı fəaliyyətə başladı

Yeni idman internet saytı fəaliyyətə başladı

Yeni idman internet saytı fəaliyyətə başlayır. Siasport.az saytı xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə "İdman" qəzetinin birgə layihəsi olan bu sayt bir çox xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, www.idman.com.az saytını Azərbaycan idmanının elektron ensiklopediyası da adlandırmaq olar. Burada idman tariximiz, idmanla bağlı bütün sənədlər - qanunvericilik bazası, fərman və sərəncamlar, dövlət proqramları, eləcə də dövlətin bədən tərbiyəsi və idman siyasətini əks etdirən digər sənədlər də əks olunub.

Siz saytda aşağıdakı məlumatları da əldə edə bilərsiniz:

- Azərbaycan Respublikası Prezidentinin idmanla bağlı bütün çıxışları, qəbulları, görüşləri, müsahibələri.

- Ulu öndər Heydər Əliyevin 1995-2003-cü illəri əhatə edən idmanla bağlı fəaliyyəti. (nitqlər, görüşlər, qəbullar)

- Respublikamızda mövcüd olan bütün idman təşkilatları - federasiyalar, cəmiyyətlər, klublar, UGİM-lər və s. haqqında ətraflı informasiyalar (rəhbərləri, telefon nömrələri və ünvanları).

- İdman qurğuları – olimpiya kompleksləri, stadionlar və digər idman mərkəzləri haqqında ətraflı məlumatlar və şəkillər.

- Bədən tərbiyəsi və idman sahəsindəki xidmətlərinə görə dövlət tərəfindən fəxri adlara, orden və medallara layiq görülən mütəxəssislər və idmançıların, eləcə də Olimpiya, dünya və Avropa mükafatçılarının hər biri haqqında ətraflı məlumatlar.

- İdman mövzusunda nəşr olunmuş kitablar, jurnallar, bülletenlərin elektron versiyası.

- İdman mövzusunda elmi məqalə və şərhlər.

- İdman tibbi və antidopinq.

- İllər üzrə qazanılan medalların siyahısı (Məsələn saytda illər üzrə hər bir idmançımızın hər hansı bir yarışda qazandığı medallar ayrıca olaraq göstərilib).

Bir sözlə Azərbaycan idmanının geniş məlumat bazası olan www.idman.com.az bu baxımdan ölkəmizdə ilk saytdır. Qeyd edək ki, oxucular burada gündəlik idman xəbərləri və idman mütəxəssislərinin şərhləri ilə də tanış ola bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə