Orxan Səfərov: "Psixoloji cəhətdən rahat olmaq vacibdir" AÇIQLAMA

Orxan Səfərov: "Psixoloji cəhətdən rahat olmaq vacibdir" AÇIQLAMA

"Üzərimdə böyük məsuliyyət hiss edirdim. Hamı medal gözləyirdi. Bəlkə də, buna görə həlledici anda çətinlik çəkdim". SİA-nın məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlamasında cüdo üzrə olimpiya yığmamızın üzvü Orxan Səfərov deyib.

Cüdoçu "Rio-2016"dakı çıxışı haqda danışıb: "Çıxışlardan əvvəl mütəxəssislər 5 favorit göstərirdilər. Qazaxıstanlı, koreyalı, rusiyalı və özbəkistanlı idmançı ilə yanaşı, mən də çempionluğa namizədlərdən idim. Məndən başqa, digər favoritlərin hamısı medal qazandı. Olimpiadada debüt edirdim. Çıxışımı başa vurandan sonra özüm üçün onu dəqiqləşdirdim ki, olimpiya oyunlarını gözündə böyütməməlisən. Yalnız bununla daha sərbəst çıxış edə və öz gücünü sərgiləyə bilərsən. Psixoloji cəhətdən rahat olmaq vacibdir".

Xatırladaq ki, Orxan Səfərov Olimpiadanı 5-ci pillədə bitirib.

Bütün xəbərlər Facebook səhifəmizdə